Bakı,TurkicWorld
Əfqanıstanın Cövzcan şəhərinin Yetim Tak bölgəsində sement istehsalı məqsədi ilə Əfqanıstan hökuməti ilə Türkiyənin 77 İnşaat şirkəti arasında 163 milyon dollar dəyərində kommersiya müqaviləsi imzalayıb.
TurkicWorld xəbər verir ki, müqavilənin imzalanma mərasimində Əfqanıstan hökumətinin iqtisadiyyat üzrə baş nazirinin müavini Molla Əbdülqəni Birader, mədən və neft nazirinin müavini Hidayətullah Bedri və Türkiyənin Kabil səfiri Cenk Ünal iştirak ediblər.
Üç il ərzində qurulacaq sement fabriki 163 milyon dollarlıq sərmayə nəticəsində gündə 3 min ton sement istehsal gücünə çatacaq.
Şirkətdən alınan məlumata görə, kəşfiyyat mərhələsində 4 milyon 75 min 512 dollar, ixracat mərhələsində 27 milyon 403 min 325 dollar, emal mərhələsində isə 126 milyon 576 min dollar investisiya qoyulacaq.
Şirkətin kəşfiyyat mərhələsində 50 nəfəri, ixracat mərhələsində isə 1200 nəfəri birbaşa və dolayı yolla işlə təmin edəcəyi gözlənilir.