Tarixdə bu gün

Tarixdə bu gün - 3 noyabr

Bakı. TurkicWorld

644 Ömər bin Xəttab (2-ci İslam xəlifəsi) Mədinədə bir məcusi tərəfindən hücuma məruz qalaraq vəfat etdi.

1493 Xristofor Kolumb, ikinci səyahətində Karib adalarını kəşf etdi.

1507 Leonardo da Vinçiyə Lisa Qerardininin (Mona Liza) portretini çəkmək tapşırığı verildi. Lisa del Qiocondonun əri, arvadının üç dişinin çəkilməsi və yerinə süni dişlər qoyulmasının ardından Da Vinçiyə Mona Liza tablosunu sifariş etdi.

1793 Fransız dramaturq, jurnalist və feminist Olympe de Qouges gilyotinlə edam edildi.

1839 Gülxana Xətti-Hümayunun elan edilməsi ilə Tanzimat dövrü başladı.

1856 İngilis donanması, Çinin Kantonu şəhərini top atəşinə tutdu.

1868 ABŞ prezident seçkilərini respublikaçı Ulysses S. Qrant qazandı.

1890 İstanbulda Sirkeci vağzalının açılışı oldu.

1896 ABŞ prezident seçkilərini respublikaçı William McKinley qazandı.

1908 ABŞ prezident seçkilərini respublikaçı William Howard Taft qazandı.

1911 Chevrolet rəsmi olaraq avtomobil bazarına daxil oldu.

1912 Tamamilə metaldan hazırlanmış ilk təyyarə, Fransada, pilotlar Ponche və Prinard tərəfindən uçuruldu.

1914 Çanaqqala Dəniz Döyüşlərinin ilk hücumu olaraq iki İngilis və iki Fransız gəmisinin boğazın giriş müdafiələrini bombardman etdi.

1918 Polşa Rusiyadan müstəqilliyini elan etdi.

1918 İngilislər Mosulu işğal etdi.

1918 Avstriya Kommunist Partiyası quruldu.

1921 Nyu-Yorkda süd daşıyıcıları tətilə çıxdı və minlərlə litr süd Nyu-York küçələrinə töküldü.

1926 Atatürkə qarşı planlaşdırılan İzmir sui-qəsdindən günahkar bilinən Rüşdü Paşa edam edildi.

1936 Ankarada Çubuk bəndinin açılışı oldu.

1936 ABŞ prezident seçkilərini Franklin Delano Ruzvelt qazandı.

1942 II Dünya Müharibəsi: Şimali Afrikada İkinci El Alameyn Döyüşü, Erwin Rommel komandanlığındakı Alman qüvvələrinin bütün gecə boyunca geri çəkilməsi ilə sona çatdı.

1948 ABŞ prezident seçkilərini Harry Truman qazandı.

1957 Sovet İttifaqı, ikinci süni peyk Sputnik-2-ni orbitə buraxdı. Bu peykdə kosmosa gedən ilk heyvan olan Layka adlı it də var idi.

1959 İsraildə seçkiləri David Ben Gurionun İşçi Partiyası qazandı.

1961 Burmalı diplomat U Tant, Birləşmiş Millətlər Təşkilatının baş katibi seçildi.

1964 ABŞ prezident seçkilərini Lyndon B. Johnson qazandı.

1970 Salvador Allende, Çili dövlət başçısı oldu.

1971 Türkiyədə tarixi Tepebaşı Teatrı, yanğın nəticəsində məhv oldu.

1981 Keçmiş Cümhuriyyət Xalq Partiyasının sədri Bülent Ecevit beynəlxalq bir agentliyə müsahibə verdiyi üçün 4 ay həbs cəzasına məhkum edildi.

1982 Əfqanıstanda Salang tuneli yanğında 2000-dən çox insan öldü.

1983 Atatürk bəndi və hidroelektrik stansiyasının təməli qoyuldu.

1985 İki fransız agenti, Yeni Zelandiyada Greenpeace-in Rainbow Warrior gəmisini batırmaqda günahkar bilinib.

1986 "Zaman" qəzeti nəşr fəaliyyətinə başladı.

1991 İsrail və Fələstin rəsmiləri arasında ilk üzbəüz görüşlər Madriddə başladı.

1992 İllinoysda Demokrat Karol Moseley-Braun, ABŞ Senatına seçilən ilk qaradərili qadın oldu.

1992 ABŞ prezident seçkilərini demokrat Bill Klinton qazandı.

1994 Türkiyə ilə İsrail arasında terrorizmə qarşı əməkdaşlıq müqaviləsi imzalandı.

1996 Susurlukda baş verən yol qəzasında, keçmiş İstanbul polis rəisi müavini Hüseyin Kocadağ ilə birlikdə 3 nəfər öldü, DYP Şanlıurfa millət vəkili Sedat Edip Bucak yaralandı. Ölkənlərdən birinin Mehmet Özbay adlı saxta şəxsiyyətli Abdullah Çatlı olduğu müəyyən edildi.

2002 Ədalət və İnkişaf Partiyası - AK parti erkən ümumi seçkilərdən birinci partiya çıxdı.

2020 44 günlük Vətən müharibəsi.Düşmən Füzulini "Smerç" ilə atəşə tutdu. Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirildi.
Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları darmadağın edilməsinin videogörüntüsü yayıldı.

Mövzuya görə xəbərlər