Son dəqiqə

ABB-nin yeni istiqrazları Bakı Fond Birjasında ticarətə buraxılır Azərbaycan Beynəlxalq Bankı istiqraz emissiyasına başlayır: Martın 4-dən abunə yazılışı İnvestorların diqqətinə: ABB-nin istiqrazları 19 martda yerləşdiriləcək Bakı Fond Birjasından ABB ilə bağlı mühüm qərar: Ticarətə icazə verildi ABB istiqrazlarının abunə yazılışı vaxtı məlum oldu - Rəsmi cədvəl Qiymətli kağızlar bazarında yenilik: ABB-nin AZ2004004589 kodlu istiqrazları

"Azərbaycan Beynəlxalq Bankı" istiqrazlarını Bakı Fond Birjasında yerləşdirir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin istiqrazlarının ticarətinə icazə verilib.

TurkicWorld Bakı Fond Birjasına istinadən xəbər verir ki, ABB-nin yeni istiqrazlarının abunə yazılışı prosesi martın 4-də başlayacaq və martın 17-dək davam edəcək.

İnvestorlar üçün nəzərdə tutulan AZ2004004589 İSİN kodlu qiymətli kağızların birjada rəsmi yerləşdirilməsi isə 19 mart 2026-cı il tarixində həyata keçiriləcək.

Emitentin adı

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2004004589

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

50,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

5,000,000 manat

İllik gəlirlilik faizi

10%

Ödəmə Periodu

İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir

Tədavül müddəti

1 il

Ticarətə buraxılma tarixi

19.03.2026

Anderrayter

ABB-İnvest İnvestisiya Şirkəti” QSC