Son dəqiqə

Tarixdə bu gün

Tarixdə bu gün - 27 fevral

Bakı,TurkicWorld

1453 Sultan II Mehmedin (Fateh) əmri ilə o dövrün ən nəhəng müdafiə və hücum silahı sayılan "Şahi" topları Ədirnədən İstanbula doğru yola çıxarıldı.

1914 Türk aviasiya tarixinin ilk şəhidləri olan Fəthi bəy və Sadiq bəyin təyyarəsi Təbəriyyə gölü yaxınlığında qəzaya uğradı.

1988 Türkiyədə ilk süni ürək əməliyyatı Ankara Universiteti Tibb Fakültəsi İbni Sina Xəstəxanasında həyata keçirilib. Həqiqi ürək tapmaq mümkün olmadığından xəstə bir müddət sonra dünyasını dəyişib.

1992 Xocalı faciəsindən bir gün sonra beynəlxalq media və siyasi dairələrdə hadisə ilə bağlı ilk reaksiyalar və bəyanatlar yayılmağa başladı.

Mövzuya görə xəbərlər