Son dəqiqə

Youth Cyber Forum çərçivəsində kibertəhlükəsizlik müzakirə edilib Süni intellekt dövründə kibermühafizə mövzusu gündəmdə Gənclər üçün rəqəmsal karyera perspektivləri təqdim olunub Kibertəhlükəsizlik ekosistemində gənclərin rolu vurğulanıb AI əsaslı kibertəhdidlər müzakirə edilib Youth Cyber Forumda praktiki ssenarilər təqdim olunub

Kibertəhlükəsizlik sahəsində maarifləndirmə məqsədilə “Youth Cyber Forum” keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Gənclər arasında rəqəmsal təhlükəsizlik biliklərinin artırılması məqsədilə növbəti forum təşkil olunub.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 25-də “Youth Cyber Forum” keçirilib.

Forum çərçivəsində “Süni intellekt dövründə kibertəhlükəsizlik: Rəqəmsal karyeranın inkişafı və kibermühafizə tədbirləri” mövzusunda panel müzakirəsi təşkil olunub. Müzakirə süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda kibertəhlükəsizlik sahəsində yaranan yeni çağırışlar, risklər və imkanlara həsr edilib.

Panelin moderatoru Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının kibertəhlükəsizlik eksperti Nərgiz Əliyeva olub. Spiker qismində assosiasiyanın ekspertləri Lalə Kərimova, Lamiya Nəcəfova, Yusif Süleymanlı və Məmməd Məmmədov çıxış ediblər.

Müzakirələr zamanı süni intellekt əsaslı kibertəhdidlərin artan dinamikası, bu texnologiyalardan müdafiə mexanizmi kimi istifadə imkanları, rəqəmsal karyera perspektivləri və tələb olunan bacarıqlar, gənclərin kibertəhlükəsizlik ekosistemində rolu, eləcə də proaktiv kibermühafizə yanaşmalarının əhəmiyyəti xüsusi vurğulanıb.

Spikerlər real praktiki nümunələr əsasında hücum ssenarilərini və müdafiə strategiyalarını izah edib, iştirakçıların suallarını cavablandırıblar. Tədbirin sonunda interaktiv müzakirələr aparılıb və kibertəhlükəsizlik sahəsində gələcək təşəbbüslərlə bağlı məlumat verilib.