Son dəqiqə

COP29

COP29-a hazırlıq çərçivəsində nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçirilib

Bakı. TurkicWorld:

COP29 konfransına hazırlıq tədbirləri çərçivəsində noyabrın 3-də nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər həyata keçirilib.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən TurkicWorld-a bildirilib ki, konfransın keçiriləcəyi günlərdə şəhər nəqliyyatının effektiv təşkilini təmin etmək məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birgə monitorinqlər aparıb. Monitorinqlər saat 11:00-dan 13:10-dək davam edib və əsasən Heydər Əliyev prospekti, Zağulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dənizkənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov və qismən İstiqlaliyyət küçələrini əhatə edib. Monitorinq zamanı bu yollarda nəqliyyatın hərəkətinə qismən məhdudiyyətlər tətbiq olunub.

Qeyd edək ki, cari ay ərzində aparılan nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsöndürmə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti üçün uğurla sınaqdan keçirilib.

Mövzuya görə xəbərlər