Son dəqiqə

Tarixdə bu gün

Tarixdə bu gün - 5 noyabr

Bakı, TurkicWorld

1556 Hindistandakı Babur İmperiyası, II Panipat döyüşündə qələbə qazanaraq əvvəlki gücünə çatdı. Taxta iddia edən Hemu, Əkbər Şahın vəziri Bəyərəm Xan tərəfindən məğlub edildi və Babur xanədanının fəthlər dövrü sona çatdı.

1605 Guy Fawkes İngiltərədə Westminster Sarayını havaya uçurmağa cəhd etdi. Fawkes və yoldaşları edam olundu. (Barıt Sui-qəsdi)

1638 IV Muradın komandanlığı altındakı Osmanlı ordusu, Mosula daxil oldu.

1757 Prussiya Kralı II Friedrich, Yeddi İllik Müharibədə Fransanı Rosbachda məğlub etdi.

1840 Əfqanıstan İngilislərə təslim oldu.

1854 İngilis-Fransız Birgə Donanması Krım Müharibəsində Rusiya donanmasını məğlub etdi.

1895 New York, Rochester şəhərindən George B. Selden, benzinlə işləyən avtomobil üçün ABŞ-də ilk patent aldı.

1912 ABŞ prezident seçkilərində Woodrow Wilson qalib gəldi.

1913 İngiltərə Kipri işğal etdi və Fransa ilə birlikdə Osmanlı İmperatorluğuna müharibə elan etdi.

1914 Kiprin idarəsi Osmanlı İmperatorluğundan İngiltərəyə keçdi.

1918 Yunanıstan Sosialist İşçi Partiyası quruldu.

1919 Qaziantep fransızlar tərəfindən işğal olundu.

1922 İsmet Paşanın başçılıq etdiyi TBMM heyəti Lozanna konfransına qatılmaq üçün İsveçrəyə yola düşdü.

1924 Çinin "Kiçik İmperator"u Pu Yi saraydan çıxarıldı. Mançu titulları ləğv edildi.

1925 Benito Mussolini sol partiyaların hamısını bağladı.

1925 Ankara Hüquq Fakültəsi Atatürk tərəfindən açıldı.

1930 İlk televiziya reklamı Londonda yayımlandı.

1934 Türkiyədə Dövlət Teatrları yaradıldı.

1936 Əvvəlki adı Mekteb-i Mülkiye olan Siyasi Elmlər Məktəbi İstanbuldan Ankaraya köçürüldü.

1940 ABŞ prezident seçkilərində Franklin D. Roosevelt qalib gəldi.

1942 II Dünya Müharibəsi illərində restoranlara və piyvəxanalara çörək verilməsi qadağan edildi.

1945 Kolumbiya Birləşmiş Millətlər Təşkilatına üzv oldu.

1952 ABŞ prezident seçkilərində Dwight D. Eisenhower qalib gəldi.

1956 Sovet tankları Macarıstandakı üsyanı yatırdı. Yanosh Kadarın rəhbərliyi altında yeni hökumət quruldu.

1957 Türkiyədə Vətən Partiyasının başqanı Dr. Hikmet Kıvılcımlı həbs edildi. O, dini siyasətə alət edərək kommunizm təbliğatı etməkdə ittiham olunurdu.

1964 Türkiyə-Sovet İttifaqı Mədəniyyət Anlaşması imzalandı.

1968 ABŞ prezident seçkilərində Richard M. Nixon qalib gəldi.

1972 İsmet İnönü CHP-dən istefa verdi. Bülent Ecevit, "İnönüyə sağlamlıq və uzun ömür arzulayıram" dedi.

1979 Ayətullah Xomeyni ABŞ-ı "böyük şeytan" elan etdi.

1984 Cənubi Afrika Respublikasında irqçiliyə qarşı ümumi tətil keçirildi.

1986 Yanmasından 45 il sonra İstanbul Ortodoks Fənər Patrikxanasının yenidən tikilməsinə icazə verildi.

1991 Filippində baş verən sel nəticəsində təxminən 7000 insan həlak oldu.

1994 45 yaşlı George Foreman, Michael Mooreri nakavt edərək ən yaşlı ağır çəki boks çempionu oldu.

1996 ABŞ prezident seçkilərində Bill Clinton qalib gəldi.

2006 İraqda devrilmiş lider Səddam Hüseynə, bir şəhərdə 148 şiənin öldürülməsi səbəbiylə edam cəzası verildi.

2006 Türkiyənin əvvəlki baş nazirlərdən, keçmiş DSP başqanı Bülent Ecevit, müalicə aldığı GATA-da (Ankara) vəfat etdi.

2008 ABŞ prezident seçkilərində Barack Obama qalib gəldi.

2020 44 günlük vətən müharibəsi. Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verdi. Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edildi. Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edildi.

Mövzuya görə xəbərlər