Son dəqiqə

Türkiyə Banqladeş Ali Yerlikaya

Türkiyədən Banqladeşə 53 min paket humanitar yardım göndərilib

Bakı, TurkicWorld

Türkiyə Banqladeşdəki seldən zərər çəkənlərə ərzaq, gigiyena bağlamaları, dərman və sığınacaq materialları da daxil olmaqla 53 min 700 paket humanitar yardım materialı çatdırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından açıqlama verib.

Yerlikaya, təxminən 6 milyon insanın birbaşa təsir etdiyi sel fəlakətindən sonra daşqından zərər çəkmiş bölgələrdə AFAD, Qızıl Aypara, UMKE və qeyri-hökumət təşkilatları tərəfindən humanitar yardım işlərinin fasiləsiz davam etdirildiyini bildirib.

“İndiyədək ehtiyacı olanlara ərzaq, gigiyena bağlamaları, dərman və sığınacaq materialları da daxil olmaqla 53 min 700 bağlama humanitar yardım materialı, qeyri-hökumət təşkilatlarımız tərəfindən isə 51 min 450 ədəd isti yemək paylanılıb.” – deyə paylaşımda qeyd edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər