BAKI,TurkicWorld Yusif Şərifzadə
Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, Türkiyə həm İran, həm də Ukrayna münaqişələrinə təsir göstərmək potensialına malikdir.
TurkicWorld xəbər verir ki, Berlin şəhərində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə keçirilən birgə mətbuat konfransında çıxış edən Wadephul Türkiyənin bu “gərginlik nöqtələrinə” təsir imkanlarının yalnız coğrafi yaxınlıqla deyil, həm də ölkənin böyük siyasi və iqtisadi çəkisi ilə bağlı olduğunu vurğulayıb.







