BAKI,TurkicWorld Yusif Şərifzadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara ABŞ və İran arasında aparılan danışıqlar nəticəsində münaqişənin dayandırılması və ortaq məxrəc tapılması üçün heç bir maneə görmür.
TurkicWorld xəbər verir ki, bu açıqlama Berlin şəhərində keçirilən mətbuat konfransında verilib.
Hakan Fidan qeyd edib ki, Türkiyənin əsas prioriteti Pakistanın vasitəçilik səylərinə dəstək vermək və mövcud atəşkəsin qorunmasına töhfə verməkdir.
O əlavə edib ki, Türkiyə həm İranın, həm də ABŞ-ın münaqişənin yenidən alovlanmasının risklərini dərk etdiyinə inanmaq istəyir və tərəflərin gərginliyin artmamasının vacibliyini başa düşməsini ümid edir.







