Bakı, TurkicWorld
Türkiyəyə keçməyə çalışan dörd terrorçu zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından paylaşım edib.
Terrorçulardan birinin qırmızı, digərinin isə boz kateqoriyada olduğu müəyyən edilib.
“Zərərsizləşdirilən terrorçuların 13 hüquq-mühafizə əməkdaşının şəhid olduğu, 39 hüquq-mühafizə əməkdaşının və 6 mülki vətəndaşın yaralandığı ümumilikdə 22 aksiyada iştirak etdiyi müəyyən edilib.” – deyə paylaşımda qeyd edilib.
Hafiz Rufizoğlu