Son dəqiqə

Türkiyə FETÖ Ali Yerlikaya

Türkiyədə terror təşkilatına qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Türkiyənin 11 vilayətində FETÖ terror təşkilatına qarşı "Kıskaç-25" əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, əməliyyatlar Adana, Ankara, Antalya, Çorum, Elazığ, İstanbul, İzmir, Ordu, Samsun, Kahramanmaraş və Van vilayətlərini əhatə edib.

Əməliyyat nəticəsində 20 FETÖ şübhəlisi saxlanılıb.

Mövzuya görə xəbərlər