Son dəqiqə

Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Türkiyədə silah satıcılarına qarşı əməliyyat keçirilib

Bakı,TurkicWorld

Türkiyədə son beş gündə 75 vilayətdə silah satıcılarına və sənədsiz silah gəzdirən şəxslərə qarşı həyata keçirilən MERCEK-21 əməliyyatlarında 1819 şübhəlinin cinayət məsuliyyətinə cəlb edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Sənədsiz silah tədarük edənləri bir-bir tutaraq məsuliyyətə cəlb etməyə davam edəcəklərini bildirib.

“Əməliyyatlar nəticəsində 1033-ü sənədsiz tapança olmaqla 1564 silah ələ keçirildi. 124 ədəd boş tapança, 92 ədəd uzun lüləli tüfəng, 315 ədəd sənədsiz ov tüfəngi ələ keçirilib, 1819 şübhəli barəsində tədbir görülüb”,-deyə nazir bildirib.

Mövzuya görə xəbərlər