Son dəqiqə

Türkiyə

Türkiyədə mütəşəkkil cinayət qruplarına qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Türkiyənin Balıkesir vilayətində qaçaqmalçılıq və mütəşəkkil cinayət təşkilatlarına qarşı əməliyyat keçirilib.

TurkicWorld xəbər verir ki, əməliyyat Balıkesir Vilayət Jandarma Komandirliyinə bağlı qrupların rəhbərliyi ilə təşkil edilib.

Əməliyyat zamanı 46 şübhəli saxlanılıb.

Axtarışda 350 ədəd sintetik narkotik həb, 179 ədəd çətənə bitkisi, 48 qram metamfetamin, 48 qram bitki mənşəli marixuana, 43 qram bozai, 15 qram kokain, 18 ədəd narkotik vasitə, 3 ədəd sənədsiz tapança, 2 ədəd sənədsiz ov tüfəngi, 3 ədəd tapança darağı, 33 ədəd patron götürülüb.

Saxlanılan 46 şübhəli barəsində qanuni iş başlanılıb.

Digər tərəfdən, Balıkesirdə asayiş tədbirləri çərçivəsində son bir həftədə müxtəlif cinayətlərdən axtarılan 224 şübhəli tutulub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər