Son dəqiqə

FHN

FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

Bakı. TurkicWorld:

Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərinə kömək göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərilmiş Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

FHN-dən TurkicWorld-a bildirilib ki, əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.

Mövzuya görə xəbərlər