Son dəqiqə

ROKETSAN Türkiyə Müdafiə Sənayesi xəbərləri

ROKETSAN-ın ağıllı sursatlarının texniki xüsusiyyətləri açıqlanıb

Bakı, TurkicWorld

Roketsan tərəfindən hazırlanan MAM-L IIR (Mini Akıllı Mühimmat) və MAM-T IIR Mini Ağıllı Sursatların texniki xüsusiyyətləri açıqlanıb.

TurkicWorld xəbər verir ki, hər iki sursat əvvəlki versiyalardan təxminən iki dəfə daha çox uzun məsafəyə sahibdir.

Bu çərçivədə Roketsan, BAYKAR ilə birlikdə görüntüləmə infraqırmızı (IIR) axtarış başlığını birləşdirdiyi MAM-L IIR və MAM-T IIR sursatlarının sınaq fəaliyyətlərini tamamlayıb.

Məlumat üçün qeyd edək ki, MAM-L və MAM-T-də vurulacaq hədəf PUA operatoru və ya xarici dost element tərəfindən daim lazerlə işarələnməlidir. Amma MAM-L IIR və MAM-T IIR-də buna ehtiyac yoxdur.

Lazer axtaran başlıqlı MAM-L döyüş sursatı 15 kilometr mənzilə və 22 kiloqram çəkiyə malik olduğu halda, MAM-L IIR 25+ kilometr məsafəyə və 23 kiloqram çəkiyə malikdir.

MAM-L döyüş sursatı, hissəciklərə təsir, yüksək partlayıcı, tank əleyhinə və termobarik döyüş başlığı seçimlərinə malikdir. MAM-L IIR isə hissəcik effekti və tank əleyhinə xüsusiyyətləri olan çoxməqsədli döyüş başlığına malikdir.

MAM-L IIR-in əsas hədəf növləri arasında - şəxsi heyət, əsas döyüş tankı, radar antenası, yer hədəfləri və zirehli texnikalar yer alır.

MAM seriyalı sursatların ən partlayıcı üzvü olan MAM-T-nin lazer axtaran versiyası 30+ kilometr mənzilə və 95 kiloqram çəkiyə malikdir. MAM-T IIR isə 96 kiloqram ağırlığında və 50+ kilometr uçuş məsafəsinə malikdir.

MAM-T hissəcik zərbəsi, yüksək partlayıcı və termobarik döyüş başlığı seçimlərinə malik olsa da, MAM-T IIR hissəcik zərbəsi və termobarik döyüş başlığı seçimlərinə malikdir.

Xatırladaq ki, MAM seriyalı döyüş sursatları indiyədək 40-dan çox ölkəyə ixrac edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər