Son dəqiqə

Temel Kotil Türkiyə Müdafiə Sənayesi xəbərləri ANKA - 3 KAAN

Türkiyə müdafiə sənayesinə görə dörd əsas ölkədən biri olacaq

Bakı. TurkicWorld:

Dünyanın müdafiə sənayesi məhsulları tədarükçüləri arasında dörd əsas güc qalacaq, bunlar ABŞ, Rusiya, Çin və Türkiyədir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin TUSAŞ müdafiə sənayesi şirkətinin baş direktoru Temel Kotil deyib.

T.Kotil onu da qeyd edib ki, ANKA-3 Pilotsuz Uçuş Aparatı görünməz olacaq.

"KAAN-da istifadə etdiyimiz boyadan ANKA-3-də istifadə edəcəyik, sursatlar gövdənin içərisində yerləşdiriləcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin TUSAŞ müdafiə sənayesi şirkəti iki mühərrikli ANKA-3 Pilotsuz Döyüş Təyyarəsinin konfiqurasiyasını hazırlayıb. İki mühərrikli uçan qanad konseptinə sahib olacaq PUA səsdən sürətli olacaq və KAAN-ı müşayiət edəcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər