Son dəqiqə

Türkiyə Özəl TUSAŞ Türkiyə Müdafiə Sənayesi xəbərləri KAAN

KAAN ikili mühərriki sayəsində F-35-i geridə qoyacaq (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN ikili mühərriki sayəsində F-35 təyyarələrini geridə qoyacaq.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

"2028-2029-cu illər arasında KAAN-da ilk yerli mühərrikdən istifadə edilməsi üçün işlər davam edir", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN 21 fevral tarixində ilk uçuşunu həyata keçirib.

Döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli Döyüş Təyyarəsi radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və qoşa mühərriklər, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər