Son dəqiqə

Türkiyə ROKETSAN Çakır HİSAR O+

Roketsan müdafiə sistemlərini Malayziyada nümayiş etdirir

Bakı. TurkicWorld:

Türkiyənin Roketsan şirkəti müdafiə sistemlərini Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən Asiya Müdafiə Xidmətləri (DSA-2024) sərgisində nümayiş etdirir.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Məlumata əsasən, sərgidə Roketsan-ın qısa mənzilli tank əleyhinə silah KARAOK, dəniz müdafiəsi döyüşü üçün gəmi əleyhinə raket ATMACA və qanadlı raket Çakır, lazerlə idarə olunan tank əleyhinə sistemlərdən CİRİT raketi, uzun və orta mənzilli tank əleyhinə mərmilər UMTAS və OMTAS nümayiş etdirilir.

Bundan əlavə, hava hücumundan müdafiə raket sistemi SUNGUR, orta hündürlükdə hava hücumundan müdafiə raketi HİSAR-O, uzun mənzilli hava hücumundan müdafiə raket sistemi SİPER və milli şaquli buraxılış sistemi MİDLAS, mini ağıllı sursat ailəsi MAM-C, MAM- L, MAM-T, quru Sistemlər arasında TRLG-230 raketi, BORA silah sistemi və ALKA enerji silah sistemi də sərgidə nümayiş etdirilənlər arasındadır.

Mövzuya görə xəbərlər