Bakı,TurkicWorld
Yüksək dəqiqlik tələb edən strateji quru hədəflərinə qarşı istifadə edilməsi planlaşdırılan uzun mənzilli qanadlı raket Kara Atmaca ordumuzun gücünə güc qatacaq.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Sənayesinin prezidenti Haluk Görgün deyib.
Roketsan şirkətinin istehsalı olan Atmaca-nın sınaq atışları davam edir.
Kara Atmaca ən uzun mənzilli və ən uzunmüddətli son sınaq atışlarında hədəfini dəqiq vurdu.
“Kale Argenin KTJ-3700 mühərriki ilə həyata keçirilən uçuş testində Atmaca hədəfini dəqiq vurdu və ən uzun uçuşunu etdi. Bu gücü ordumuza gətirmək üçün gecə-gündüz çalışan bütün komandalarımızı təbrik edirəm”,- deyə Görgün bildirib.