Bakı,TurkicWorld
Səudiyyə Ərəbistanı Türkiyənin döyüş təyyarəsi olan KAAN-dan 100 ədəd almağı planlaşdırır.
TurkicWorld xəbər verir ki, Türkiyənin Müdafiə sənayesi naziri Haluk Görgün keçdiyimiz günlərdə Ankarada Səudiyyə Ərəbistanın müdafiə naziri ilə görüşüb.
Görüşdə hərbi sahədə əməkdaşlıq barədə müzakirələr aparılıb.
Səudiyyə Ərəbistanının 2030-cu illər üçün planları çərçivəsində Türkiyə ilə müdafiə sənayesi sahəsində əlaqələrini dərinləşdirmək və 100 KAAN təyyarəsinə sahib olmaq kimi böyük hədəflərinin olduğu bildirilib.