Bakı, TurkicWorld
Türkiyə iyul ayında müdafiə və aerokosmik sənaye ixracını 431 milyon dollara çatdırıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi rəhbəri Haluk Görgün X sosial media hesabından paylaşım edib.
“İlk 7 ayda ixracatımız keçən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq 3 milyard 335 milyon dollara çatıb” – deyə o qeyd edib.
Görgün bildirib ki, Türkiyə məqsədlərinə doğru möhkəm addımlar atır.
“Bu rəqəmlə müdafiə və aerokosmik sənaye ixracının son 12 ayda 13,4 faiz artaraq 5 milyard 831 milyon dollara çatıb. Müdafiə sənayesi sahəsində ixracatımızın bu yüksəliş qrafikində əməyi olan bütün şirkətlərimizi və onların əməkdaşlarını təbrik edir və onlara uğurların davamlı olmasını arzulayıram” – deyə o paylaşımda qeyd edib.
Hafiz Rufizoğlu