Bakı, TurkicWorld
Mərkəzi İstanbul olan 4 vilayətdə PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.
TurkicWorld xəbər verir ki, Taksimdə terror aktını həyata keçirən Əhlam Əlbəşirə maddi-texniki dəstək verənlər də daxil olmaqla 11 şübhəli saxlanılıb.
İstanbul polisi terror təşkilatı PKK ilə əlaqəsi olan şübhəlilərin arxasınca düşüb. Təşkilat tərəfindən silahlı təlim keçənlər və gənclər təşkilatı adlanan qurumda fəallıq göstərənlər nəzarətə götürülüb.
İstanbulda yerləşən Adana, Diyarbəkir və Mersində əməliyyat keçirilib və 11 şübhəli tutulub. Onlardan 9-nun Beyoğluda təşkilat adına adam qaçırdığı müəyyən edilib.
Taksimdə bombalı hücumu həyata keçirən terrorçu Əhlam Əlbəşirin Türkiyəyə girməsinə 2 şübhəlinin kömək etdiyi müəyyən edilib. Şübhəlilərin polis bölməsində əməliyyatları davam etdirilir.
Qeyd edək ki, 13 noyabr 2022-ci ildə separatçı terror təşkilatı PKK-nın təşkil etdiyi bombalı hücumda 6 nəfər ölüb, 99 nəfər yaralanıb.