Son dəqiqə

Türkiyə Hürkuş TUSAŞ

HÜRKUŞ 2 ilk uçuşunu uğurla başa vurub

Bakı, TurkicWorld

Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən milli qaynaqlarla inkişaf etdirilən və Hərbi Hava Qüvvələrinin inventarına daxil edilən ilk təyyarə olan HÜRKUŞ 2 uçuşunu müvəffəqiyyətlə tamamlayıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin pilot təlim ehtiyaclarını ödəmək və müdafiə sənayesinin imkanlarını daha da inkişaf etdirmək üçün nəzərdə tutulan yeni HÜRKUŞ üzərində işlərə 3 may 2021-ci ildə başlanılıb.

Layihə çərçivəsində işlər sürətini azaltmadan davam etdirilib və yerüstü sınaq işləri aparılıb. Bütün sınaqları uğurla başa vuran HÜRKUŞ Akıncı bazasından havaya qalxaraq səma ilə qarşılaşıb.

20 dəqiqəlik uçuş zamanı 6500 fut yüksəkliyə və 140 düyün sürətə çatdı. Uçuşla bağlı Müdafiə Sənayesi prezidenti Haluk Görgün bildirib ki, HÜRKUŞ-un ilk uçuşunu izləmək təsvir olunmaz qürur və məna ilə dolu bir an olub.

Qeyd edək ki, uçuş sınaqları uğurla başa çatdıqdan sonra Müdafiə Sənayesi Başçılığı ilə imzalanan 55 təyyarəlik müqavilənin ilk 15 təyyarəsi 2025-ci ildən etibarən Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil veriləcək.

Qalan 40 təyyarənin tədarükü 2027-ci ilə qədər tamamlanacaq. Layihənin Türkiyə Hərbi Hava Qüvvələrinə strateji töhfə verəcəyi gözlənilir.

Mövzuya görə xəbərlər