Bakı, TurkicWorld
Müdafiə sənayesi davamlı və yüksək templi iş tələb edən, heç vaxt diqqətdən kənarda qalmayan, fasilələri qəbul etməyən bir sahədir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Son 22 ildə müdafiə sənayesində, xüsusən də vəqf və özəl şirkətlər, KOBİ'ler, tədqiqat institutları, texnologiya mərkəzləri və özəl hərbi gəmiqayırma zavodları ilə bir inqilab etdik. Ölkəmizdə 2002-ci ildə 62 olan müdafiə sənayesi layihələrinin sayı 1031-ə, 56 müdafiə sənayesi şirkəti isə 3 min 500-ə yüksəldi.” – deyə o qeyd edib.
Ərdoğan bildirib ki, müdafiə sənayesi layihələrinin ümumi həcmi 96 milyard dolları keçib.
“Keçən illərdə tamamladığımız bir çox layihələrə əlavə olaraq, 200 dəniz platforması və 40 yerüstü və sualtı avtonom və pilotsuz dəniz vasitəsi layihələrimiz hələ də davam edir.” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu