Bakı, TurkicWorld
Çin ordu qəzeti Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi Kaan haqqında məqalə dərc edib.
TurkicWorld xəbəb verir ki, məqalədə Türkiyənin F-35 layihəsindən çıxarılmasından və Türkiyənin idxala olan asılılığının azaldılmasından bəhs edilib.
“ABŞ-nin sanksiyaları Türkiyəni qətiyyətli hala gətirdi”- deyə bildirilən məqalədə “KAAN-ın 5-ci nəsil döyüş təyyarəsi olduğuda” qeyd edilib.
“Türkiyənin 5-ci Nəsil Təyyarəsi KAAN-ın Ar-Ge-sinin Başlanması və Sonu” başlıqlı yazıda Türkiyənin müdafiə sənayesində xarici asılılığının azalmasından bəhs edilib.
Məqalədə deyilir ki, 2002-ci ildə xarici asılılıq 80 faiz təşkil edirdisə, bu gün bu nisbət 20 faizə enib.
Həmçinin məqalədə KAAN-ın manevr qabiliyyətlərindən, radar gizliliyindən və aşkarlama imkanlarından bəhs edilib.
Məqalədə Türkiyə prezidenti Ərdoğanın dediyi “Türkiyə 5-ci nəsil döyüş təyyarələrinin istehsalında növbəti kritik mərhələni keçdi” ifadəsi də yer alıb.
Qeyd edək ki, Türkiyə 5-ci nəsil döyüş təyyarəsinə sahib azsaylı ölkədən biridir.