Bakı, TurkicWorld
Türkiyənin müdafiə sənayesində öncül şirkətlərdən biri olan ASELSAN, Hava Hücumundan Müdafiə Radar Sistemlərinin tədarükü üçün Müdafiə Sənayesi Rəhbərliyi (SSB) ilə dəyəri yüksək olan bir müqavilə imzalayıb.
TurkicWorld xəbər verir ki, ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platforması (KAP) vasitəsilə verdiyi açıqlamada, müqavilənin ümumi dəyərinin 170 milyon 970 min 527 dollar və 1 milyard 954 milyon 398 min 891 Türk lirəsi olduğu bildirilib.
Bu müqavilə çərçivəsində radar sistemlərinin tədarükü 2026-2031-ci illər arasında həyata keçiriləcək. ASELSAN-ın açıqlamasına görə, bu yeni müqavilə şirkətin müdafiə sahəsindəki mövqeyini daha da gücləndirəcək və Türkiyənin hava müdafiəsi qabiliyyətlərini artıracaq.