Son dəqiqə

Türkiyə Yunanıstan KAAN

Türkiyənin müdafiə sənayesi sahəsində uğurları Yunan mətbuatında

Bakı, TurkicWorld

Yunan mətbuatında Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurlar geniş şəkildə müzakirə olunmağa davam edir

TurkicWorld xəbər verir ki, Yunan mətbuatında son xəbərlərdə Türkiyənin 5-ci nəsil KAAN döyüş təyyarəsi istehsalı, xüsusən də Səudiyyə Ərəbistanının bu təyyarələri almağı planlaşdırdığı iddiaları narahatlıq doğurub.

Yunan hərbi analitiklərinin fikirlərini əks etdirən xəbərlərdə, ölkənin müdafiə sənayesindəki zəiflikləri tənqid edilib. "Türkiyə 5-ci nəsil KAAN döyüş təyyarələri istehsal edərkən, biz vintlər belə istehsal edə bilmirik" ifadəsi ilə Yunan hökuməti müdafiə sənayesini canlandırmaq üçün yetərli səylər göstərməməkdə ittiham olunub.

Militaire saytında qeyd edilib ki, Türkiyənin KAAN layihəsi əvvəllər şübhə ilə qarşılanırdı, lakin indi bu layihənin uğuru regional üstünlük yarada bilər.

Səudiyyə Ərəbistanı ilə danışıqlar nəticəsində Türkiyənin bu ölkəyə 100 KAAN təyyarəsi ixrac etməsinin mümkün olduğu vurğulanıb.

Ekfrasi internet saytı bu uğurun Türkiyənin müdafiə sənayesində rekord ixrac müqaviləsinə çevrilə biləcəyini bildirib.

Türkiyənin müdafiə sənayesindəki irəliləyişlərin təkcə KAAN döyüş təyyarəsi ilə məhdudlaşmadığı, Səudiyyə Ərəbistanının əvvəllər Türkiyədən Bayraktar Akıncı İHA və Ejder Yalçın zirehli maşınları aldığı qeyd edilib.

Yunanıstan Müdafiə Naziri Nikos Dendias və hökumət digər ölkələrlə müqayisədə geri qalmaqda və müdafiə sənayesində lazımi səyləri göstərməməkdə ittiham olunub. Xəbərlərdə vurğulanıb ki, Yunanıstan yalnız müdafiə qabiliyyətlərini gücləndirməklə regional tarazlıqda daha təsirli rol oynaya bilər.

Mövzuya görə xəbərlər