BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Macarıstan 2026-cı ildə qüvvəyə minəcək Avropa İttifaqının (Aİ) miqrasiya paktının şərtlərini yerinə yetirməyəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O qeyd edib ki, hökumət qanunsuz miqrantını öz ərazisinə buraxmayacaq.
"Biz 2026-cı ildə buna "yox" deyirik və əvvəlcədən bəyan edirik: Macarıstan miqrasiya paktında nəzərdə tutulan tədbirləri həyata keçirməyəcək. Biz miqrantlar istəmirik, paralel cəmiyyətlər istəmirik və Milad tətillərini qorxu içində keçirmək istəmirik", - deyə nazir "Facebook" səhifəsində yazıb.
P.Siyarto beləliklə, 20 dekabr 2024-cü ildə Maqdeburq Milad bazarında baş verən terror aktını xatırladıb. Həmin hadisədə 50 yaşlı Səudiyyə Ərəbistanlı kişi avtomobilini izdihamın üzərinə sürmüşdü. Hücum nəticəsində altı nəfər həlak olub, 300-dən çox insan yaralanıb.







