Son dəqiqə

Azərbaycan Azərbaycan Cüdo Federasiyası Sumqayıt Abşeron Olimpiya İdman Kompleksi

On dörd yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Dekabrın 28-də 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb. Mübarizənin son günündə komanda yarışları keçirilib.

Azərbaycan Cüdo Federasiyasından TurkicWorld-a verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 10, qızlarda isə 5 kollektiv qüvvəsini sınayıb.

Oğlanların mübarizəsində Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ komandası baş mükafata sahib çıxıb. Abşeron-Xızı RGİİ gümüş medallara yiyələnib. Respublika Kompleks İdman Məktəbi və Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM komandaları III yeri tutublar.

Qızlardan təşkil olunmuş kollektivlərin yarışında isə Gəncə-Daşkəsən RGİİ komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ ikinci yerin sahibi olub. Respublika Kompleks İdman Məktəbinin komandası bürünc mükafata yiyələnib..

Mövzuya görə xəbərlər