Bakı, TurkicWorld
Türkiyə Hələb və Dəməşq hava limanlarının bərpası üçün texniki qruplar göndərərək, Suriyanın yenidən qurulması istiqamətində bütün yardım səylərini göstəriləcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
Uraloğlu qeyd edib ki, yaxın həftə ərzində texniki personal Dəməşq və Hələb hava limanlarına göndəriləcək və gələcəkdə İstanbul ilə Dəməşq arasında birbaşa uçuşlar təşkil ediləcək. Bununla da, Suriya İstanbul üzərindən dünyanın digər nöqtələrinə birləşdiriləcək.