Son dəqiqə

Türkiyə TUSAŞ Temel Kotil Türkiyə Müdafiə Sənayesi xəbərləri ANKA - 3

KAAN-da supersonik köməkçidən istifadə ediləcək

Bakı. TurkicWorld:

Türkiyənin TUSAŞ müdafiə sənayesi şirkəti iki mühərrikli ANKA-3 Pilotsuz Döyüş Təyyarəsinin konfiqurasiyasını hazırlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə TUSAŞ baş direktoru Temel Kotil açıqlayıb.

Məlumata əsasən, iki mühərrikli uçan qanad konseptinə sahib olacaq PUA səsdən sürətli olacaq.

“İndi ANKA-3 yüksək səsdən aşağı sürətdədir. Lakin onun iki motorlu konfiqurasiyası quraşdırıldıqdan sonra, o da səsdən sürətli olacaq və KAAN-ı müşayiət edəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN 21 fevral tarixində ilk uçuşunu həyata keçirib.

Döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli Döyüş Təyyarəsi radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və qoşa mühərriklər, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir.

Mövzuya görə xəbərlər