Son dəqiqə

Ali Yerlikaya

Türkiyədə səkkiz narkotik ticarətçisi saxlanılıb

Bakı,TurkicWorld:

İstanbul Polis İdarəsinin narkotik istehsalçılarına və zəhər tacirlərinə qarşı təşkil etdiyi “Narkoçelik-19” əməliyyatlarında; 480 kq narkotik maddə və 71 min ədəd narkotik həb götürülüb, səkkiz şübhəli saxlanılıb

TurkicWorld xəbər verir ki, bu barədə Türkkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında açıqlama verib.

“Dəyərli millətimizin ölkəmizi zəhər tacirlərindən və küçə satıcılarından təmizləməkdə qərarlı olduğumuzu bilməsini istəyirəm. Ölkəmizin hər yerində zəhər tacirlərinə qarşı əməliyyatlarımız davam edəcək”,- deyə o bildirib.

Qeyd edək ki, “Narkoçelik-19 əməliyyatları”nda, 257 kq Skunk, 220,5 kq metamfetamin, 71 min narkotik həb və 2,5 kq toz halında marixuana aşkar edilərək götürülüb. Əməliyyatlar nəticəsində: 9 ədəd dəqiq tərəzi, 1 ədəd həb pres maşını, 3 ədəd pres maşını, narkotik vasitələrin istehsalında istifadə edilən çoxlu alət və külli miqdarda türk lirəsi ələ keçirilib.

Mövzuya görə xəbərlər