Bakı. TurkicWorld:
Türkiyənin 18 vilayətində FETÖ terror təşkilatına qarşı "Kıskaç-17" əməliyyatı keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.
Məlumata əsasən, dörd gün davam edən əməliyyatlarda 45 nəfər saxlanılıb.
Bundan əlavə, çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilib.






