Son dəqiqə

İsrail Cevdet Yılmaz Rəfah

İsrail hərbi cinayətlərinə yenisini əlavə etdi - Cevdet Yılmaz

Bakı. TurkicWorld:

HƏMAS-ın Qətər və Misirin atəşkəs razılaşması ilə bağlı təkliflərini təsdiqləməsindən bir gün sonra Rəfahda qurudan hücum həyata keçirən İsrail, 7 oktyabrdan bəri Fələstin ərazisində törətdiyi hərbi cinayətlərə yenisini əlavə etdi.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

C.Yılmaz onu da bildirib ki, bəşəriyyətə qarşı bu cinayətləri törədən Netanyahu və onun tərəfdaşları və səssiz qalan hakimiyyətdə olanlar gec-tez cavab verəcəklər.

"Beynəlxalq hüququ pozan və heç bir qanun tanımayan İsrail hökumətinin törətdikləri bütün bu cinayətlərə görə mühakimə olunaraq layiqli cəzasını alması üçün prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında əlimizdən gələni etməyə davam edəcəyik", - deyə o vurğulayıb.

Qeyd edək ki, İsrail qüvvələri Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfinə nəzarəti ələ keçirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər