KAAN, ANKA-3 ve Türkiyə PUA-ları qol uçuşu həyata keçirəcək

KAAN, ANKA-3 ve Türkiyə PUA-ları qol uçuşu həyata keçirəcək

Bakı. TurkicWorld:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsi KAAN, ANKA-3 və Super Şimşek PUA qol uçuşu həyata keçirəcək.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

"İranın İsraildən qisas alması yeni dövrün müharibə konsepsiyasının xəbərçisi idi. Sürü PUA texnologiyasında ilk böyük addımı atan ölkələrdən biri olan Türkiyə milli döyüş təyyarələri KAAN, ANKA-3 PUA və yüksək sürətli hədəf təyyarə Super Şimşek vasitəsilə ən müasir döyüş konsepsiyası hərəkət edəcək. Türk ordusu adi döyüşlərin hibrid döyüşlərə çevrildiyi bir dövrdə yüksək hücum gücünə malik, ən müasir silah və sistemlərlə təchiz edilmiş birliklərlə hər riski aradan qaldıracaq. KAAN minimum risk altında əsas hədəfləri məhv edərkən, əməliyyatlarda çox daha ucuz olan Super Şimşek istifadə olunacaq", - deyə məlumatda vurğulanıb.

Məlumatda o da qeyd edilib ki, Türk müdafiə sənayesində sürü PUA texnologiyasındakı inkişaflarla yanaşı, yaxın gələcəkdə pilotsuz hava və yerüstü nəqliyyat vasitələri sahəsində də kritik addımların atılması gözlənilir.

X: Lamanasadli01