Son dəqiqə

İstanbul Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Abdulkadir Uraloğlu

İstanbulda daha iki metro xətti istifadəyə verilir

Bakı. TurkicWorld:

Bakırköy-Bahçelievler-Kirazlı metro xətti 10 mart, Arnavutköy ilə İstanbul Hava Limanı arasındakı 14 kilometrlik metro xətti isə bu ay ərzində istifadəyə veriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Uraloğlu onu da qeyd edib ki, İnkişaf Yolu Layihəsi ilə bağlı təfərrüatlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ay İraqa səfəri zamanı bəlli olacaq.

Məlumat üçün bildirək ki, İnkişaf yolu layihəsi, Türkiyəni 1 200 kilometrlik dəmir yolu və avtomobil yolu ilə Fars körfəzindəki Əl-Fav limanına birləşdirəcək. Yeni İpək Yolu olaraq təyin olunan layihə, Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgəyə təsir göstərərək ortaq faydalar verəcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər