Bakı, TurkicWorld
Türkiyənin Ambarlı, Kocaeli, Mersin və Tekirdağ limanları dünyanın ən yaxşı 100 limanı arasına daxil olub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Məhşur dəniz portalı olan İngiltərənin Lloyd's List-i "Dünyanın Ən Yaxşı 100 Limanı" sıralamasında Türkiyə limanlarını dəyərləndirib və limanların keçən ilə nisbətən yüksəlişdə olduğunu qeyd edib.
Siyahıda ilk 100 liman arasında Türkiyədən dörd limanın olduğunu vurğulayan Uraloğlu , əvvəlki ildə 89-cu olan Kocaeli Limanının 85-ci, 92-ci olan Mersin Limanının 91-ci sırada qərarlaşdığını bildirib. Siyahıda 100-cü sırada olan Tekirdağ Limanı isə öz mövqeyini qoruyub.
Əvvəlki il 74-cü olan Ambarlı Limanı isə ən yaxşı nəticəni göstərərək 10 pillə yüksəlib və siyahıya 64-cü yerdə daxil olmağı bacarıb.
Dənizçilik sektorunun son 22 ildə əhəmiyyətli inkişaflar göstərdiyini açıqlayan Uraloğlu, Türkiyənin dünya dənizçilik fəaliyyətləri üçün əhəmiyyətli bir nöqtədə olduğuna diqqət çəkib.