Son dəqiqə

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi

İstanbul hava limanında sərnişindaşıma 45 milyon nəfəri keçib

Bakı, TurkicWorld

2024-cü ilin iyul ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz arataraq, 45 milyon 688 min 593 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz azalaraq, 9 milyon 924 min 954 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 35 milyon 763 min 639 nəfər təşkil edib.

2024-cü ilin iyul ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 1 milyon 836 min 80 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 123 min 214 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 17 faiz artaraq, 1 milyon 712 min 866 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 3 faiz artaraq, 299 min 662 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 9 faiz azalaraq, 68 min 973, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 230 min 689 olub.

Bu ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 129 milyon 602 min 954 nəfər, yük daşınması isə 2 milyon 740 min 269 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Mövzuya görə xəbərlər