Son dəqiqə

Türkiyə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Antalya Beynəlxalq Hava Limanı

Antalya Hava Limanında sərnişin və yükdaşıma göstəriciləri artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin may ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz arataraq, 9 milyon 685 min 447 nəfər olub.

TurkicWorld Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 18 faiz artaraq, 2 milyon 580 min 536 nəfər, beynəlxalq reyslər üzrə isə 17 faiz artaraq 7 milyon 104 min 911 nəfər təşkil edib.

2024-cü ilin may ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 115 min 320 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 23 min 375 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 10 faiz artaraq, 91 min 945 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin may ayı ilə müqayisədə 7 faiz artaraq, 64 min 319 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz artaraq 18 min 938, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 45 min 381 olub.

Bu ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 81 milyon 31 min 948 nəfər, yük dövriyyəsi isə 1 milyon 778 min 150 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Mövzuya görə xəbərlər