Son dəqiqə

İstanbul yanğın

İstanbulda 9 mərtəbəli oteldə yanğın olub

Bakı, TurkicWorld

İstanbulun Beyoğlu bölgəsində 9 mərtəbəli oteldə yanğın baş verib.

TurkicWorld xəbər verir ki, yanğınsöndürənlər yanğını söndürmək üçün müdaxilə edir.

Qeyd edilib ki, yanğın naməlum səbəbdən baş verib. Xəbər üzərinə çoxlu sayda polis, sağlamlıq və xilasetmə qrupları bölgəyə sövq edilib.

Sıx tüstünün yüksəldiyi oteldə qalanların bir qismi öz imkanları ilə oteldən uzaqlaşarkən, qalanları isə qruplar tərəfindən təxliyyə edilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər