Son dəqiqə

Türkiyə İstanbul Narkotik

Türkiyədə narkotiklərlə mübarizə istintaqı çərçivəsində məşhur şəxslər saxlanılıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Türkiyədə İstanbul şəhər baş prokurorluğu tərəfindən narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaqla əlaqədar 7 nəfər saxlanılıb.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Saxlanılanlar arasında müğənni Aleyna Tilki, sosial şəbəkə fenomeni Danla Bilic və Aktrisa İrem Sak yer alır.

Ünvanlarında tapılmayan Cihan Şensözlü, Melisa Döngel və Yusuf Güney barəsində isə axtarış elan edilib.

Xatırladaq ki, istintaq çərçivəsində bundan əvvəl 8 oktyabrda da irimiqyaslı əməliyyat keçirilmişdi. Həmin vaxt sosial şəbəkə fenomenləri Dilan Polat və Engin Polat, müğənni İrəm Derici, aktyor Kubilay Aka, aktyor Kaan Yıldırım, müğənni Hadisə Açıkgöz, aktrisa Berrak Tüzünataç, sosial media fenomeni Duyğu Özaslan Mutaf, aktrisa Demet Evgar Babataş aktrisa Zeynep Meriç Aral Keskin, aktrisa Özge Özpirinçci, aktyor Mert Yazıcıoğlu, vəkil Feyza Altun, aparıcı Defne Samyeli’nin qızları Derin Talu və Deren Talu, müğənni Ziynet Sali, aktrisa Birce Akalay, teatr aktyoru Metin Akdülger və aktrisa Ceren Moray Orcan saxlanılmışdı.

Mövzuya görə xəbərlər