Bakı, TurkicWorld
İstanbulda, xüsusilə şimal rayonlarında və Boğaziçi bölgəsində yerli güclü yağışlarla bağlı xəbərdarlıq edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Baş İdarəsinin verdiyi son proqnozlarda qeyd edilib.
Bildirilib ki, İstanbulda, xüsusilə şimal rayonlarında və Boğaziçi bölgəsində yerli güclü (15-30 kq/m2) leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Qeyd edilib ki, qəfil daşqın, daşqın, şimşək çaxması, yerli dolu, qəfil güclü külək və qısamüddətli tufan kimi neqativ hallara və nəqliyyatın kəsilməsinə qarşı diqqətli və tədbirli olmaq lazımdır.
Hafiz Rufizoğlu