Son dəqiqə

İstanbul Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Abdulkadir Uraloğlu

İstanbulda daha bir metro xətti istifadəyə veriləcək

Bakı. TurkicWorld:

İstanbulda Bakırköy-Kirazlı metro xətti layihəsi qısa zamanda tamamlanaraq istifadəyə veriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir Uraloğlu onu da qeyd edib ki, 8,4 kilometr uzunluğunda, yeddi stansiyadan ibarət və saatda 80 kilometr sürətlə hərəkət edə bilən, gündə 1 milyon sərnişin daşıya bilən Bakırköy-Kirazlı metro xəttinin inşaat işləri fasiləsiz davam edir.

Məlumata əsasən, metro xətti Kayaşehir-Bakırköy arasında 39 dəqiqə, Çam ilə Sakura Şəhər Xəstəxanası - İncirli arasında 31 dəqiqə, Kayaşehir-Kirazlı arasında 27 dəqiqə və Metrokent-Özgürlük Meydanı arasında 30 dəqiqədə səyahət təmin edəcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər