Bakı. TurkicWorld:
İlk gündən meydanda olan və zəlzələdən zərər çəkənlərə dəstəyini davam etdirən ASELSAN, zəlzələnin ciddi ziyan gördüyü vilayətlərdən biri olan Malatyaya nəhəng bir sərmayə qoyur. "ASELSAN Malatya" adlandırılacaq və ASELSAN-ın istehsal, dizayn və logistika bazası olması planlaşdırılan obyektin zəlzələdən zərər çəkmiş şəhərdə istehsalın lokomotivi olacağı gözlənilir.
TurkicWorld-un məlumatına görə, obyektin tikintisinin reallaşdırılması üçün Malatya Mütəşəkkil Sənaye Bölgəsində torpaq sahəsi ayrılıb.
ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib ki, biz uzunmüddətli perspektivdə ASELSAN-ı bölgədə istehsalın əhəmiyyətli bir hissəsinə çevirməyi və dizayn və logistika bazası da daxil olmaqla bir çox funksiyanı ehtiva edən bir mövqeyə gətirməyi planlaşdırırıq.
Qısa müddətdə fəaliyyətə başlamağı hədəflədiklərini ifadə edən Akyol, Malatyada davamlı, inkişaf etdirilə bilən və uzunmüddətli investisiya üçün fizibilite araşdırmaları apardıqlarını açıqlayıb.
Sərmayənin şəhər iqtisadiyyatına böyük töhfə verəcəyini açıqlayan Malatya Ticarət və Sənaye Palatası Başçısı Oğuzhan Ata Sadıkoğlu qeyde dib ki, biz buna yalnız fabrik sərmayəsi kimi baxmırıq. Ona görə də bu, digər investisiyalar üçün də cəlbedici olacaq. Hətta hesab edirəm ki, beynəlxalq sərmayələr şəhərimizə marağı artıracaq. Bu, həm də ixtisaslı işçi qüvvəsinin hazırlanmasına böyük töhfə verəcək.
Aytac Süleymanova
Twitter: a_alieva_