BAKI,AzerVoice, Fərid Mikayılov
Malatya Su və Kanalizasiya İdarəsi Baş İdarəsi (MASKİ) əlavə xidmət binası və ekip evi tikintisi ilə bağlı açıq tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 210 gün təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 3 mart 2026-ci il tarixinə qədər "İkizce Mahallesi Ankara Yolu Yeşilyurt/Malatya" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir





