Türkiyənin DAR radar sisteminin xarici ölkələrə ixracı gözlənilir

Türkiyənin DAR radar sisteminin xarici ölkələrə ixracı gözlənilir

Bakı. TurkicWorld:

Türkiyənin müdafiə sənayesi şirkəti STM tərəfindən hərbi məqsədlər üçün hazırlanan Divar Arxası Radar (DAR) sisteminin xarici ölkələrə ixracı gözlənilir.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, radar sistemi zəlzələ bölgəsində axtarış və xilasetmə işlərində fəal iştirak edib və 50-dən çox insanın dağıntılar altından sağ çıxarılmasına kömək edib.

Qeyd edək ki, Türkiyənin müdafiə sənayesi şirkəti STM tərəfindən hərbi məqsədlər üçün hazırlanmış və Jandarma Komando Xüsusi Asayiş Komandanlığı (JÖAK) və Türkiyə Silahlı Qüvvələri (TSK) Təbii Fəlakətlər Axtarış və Xilasetmə Taburu Komandanlığı (DAK) tərəfindən 2017-ci ildən uğurla istifadə edilən DAR sistemi mülki məqsədlər üçün ilk dəfə 6 fevral zəlzələləri zamanı istifadə edilib.

Sistem uzaqdan idarə etmə qabiliyyəti, yüksək məsafədən ayırdetmə qabiliyyəti, makro və mikro hərəkətlərə həssaslıq, aşağı enerji sərfiyyatı və daxili batareya ilə istifadə imkanı, sabit və ya hərəkət edən canlıların yeri və məsafəsinin təxmin edilməsi kimi xüsusiyyətlərə malikdir.

Jandarma və TSK DAK komandasında aktiv şəkildə istifadə edilən DAR-ın gələcəkdə yanğınsöndürmə briqadaları və axtarış-xilasetmə qruplarının inventarında geniş yer alması gözlənilir.

X: Lamanasadli01