Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Ankara Türkiyə Silahlı Qüvvələri təyyarə qəzası C130 hərbi təyyarəsi Mürted Hava Meydan Komandanlığı Ankara Məhkəmə-Tibbi Ekspertiza Qrupu

Təyyarə qəzasında şəhid olan 20 hərbçinin nəşi Ankaraya gətirilib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan “C130” tipli hərbi nəqliyyat təyyarəsində şəhid olan 20 hərbçinin nəşləri Türkiyəyə gətirilib. TurkicWorld xəbər verir ki, Türk Silahlı Qüvvələrinə məxsus “A400M” tipli hərbi yük təyyarəsi bu axşam Ankaradakı Mürted Hava Meydan Komandanlığına enib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, şəhidlərin nəşləri havalimanından dərhal Ankara Məhkəmə-Tibbi Ekspertiza Qrupu Başçılığına (Keçiörən) aparılıb.

Hadisəyə aid qara qutunun Türkiyəyə gətirildiyi və texniki araşdırmalara başlandığı qeyd edilib. Gövdə və mühərrik qalıqları da daxil olmaqla bütün detallar üzərində ekspertiza aparılır.

Qəzanın dəqiq səbəbləri sahə işləri və mühəndis-texniki təhlillərin başa çatmasından sonra müəyyən olunacaq.

Mövzuya görə xəbərlər