Qəzzada qurulacaq səhra xəstəxanası üçün uyğun yerlər müəyyənləşdirilib - Koca

Qəzzada qurulacaq səhra xəstəxanası üçün uyğun yerlər müəyyənləşdirilib - Koca

Bakı. TurkicWorld:

Qəzzaya gedən türk heyətin səhra xəstəxanası xidmətləri üçün uyğun yerlərin müəyyənləşdirilməsi ilə bağlı işləri yekunlaşıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz rəsmi X sosial media hesabında bildirib.

Məlumata əsasən, növbəti mərhələdə yaralı və xəstə fələstinlilərə yerində sağlamlıq xidmətlərinin göstərilməsi planlaşdırılır.

Qeyd edək ki, dünən Qəzzada qurulması planlaşdırılan səhra xəstəxanasının texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək türkiyəli texniki heyət Misirdən Qəzzaya gedib.

X: Lamanasadli01