Bakı. TurkicWorld:
Avropadakı dövlətlərin hökumətləri Qəzzadakı hadisələrə susur.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komissiyasının sədri və AK Partiya Kayseri millət vəkili Hulusi Akar deyib.
“Qəzzada baş verənləri müharibə adlandırmaq olmaz. Bu soyqırım, vəhşilik və barbarlıqdır. Avropadakı dövlətlərin hökumətlərində susqunluq hökm sürür. Bütün Avropa və Amerika vətəndaşları bu qəddarlığa “dur” deyirlər, lakin hökumətlər susur.” – deyə Akar bildirib.
O qeyd edib ki, orduların əsas məqsədi döyüşmək deyil, çəkindirməkdir.
Hafiz Rufizoğlu